Bakıda iki avtobus qəzaya uğradı: Yaralılar varbackend

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Hadisə Bakı Nəqliyyat Agentliyi tərəfindən dərhal nəzarətə götürülüb və hazırda müvafiq araşdırma aparılır. Hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Xoşbəxtlikdən qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Sərnişinlərdən yeddi nəfər xəsarət alıb ki, onlara da ilkin tibbi yardım göstərilərək evə buraxılıb.