Bakıda internetdə tanış olduğu qızın evinə gedən kişi gözlənilməz hadisə ilə qarşılaşdıbackend

Bakıda internetdə tanış olduğu qızla görüşə gedən şəxsin maşınını, telefonunu və pullarını əlindən alıblar.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Abşeron rayonu Masazır qəsəbəsində baş verib.

Şəhər sakini, 1976-cı il təvəllüdlü X.Məmmədov tanış olduğu İlahə adlı qadının gecə saat 1 radələrində Masazır qəsəbəsində yaşadığı evə gedib. Orada naməlum şəxs onun qoluna bıçaqla xəsarət yetirərək “Mercedes” markalı avtomobilini, mobil telefonunu və 300 manat pulunu alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla həmin şəxsin Ağdam rayon sakini, əvvəllər xuliqanlıq və narkotik daşınmasına görə məhkumluq həyatı yaşamış 1985-ci il təvəllüdlü Qorxmaz Nəsirov olduğu müəyyən edilib.

Onun həmçinin, avtomobil qaçırdığı üçün Ağcabədi polisi tərəfindən axtarışda olduğu məlum olub. Q. Nəsirov X.Məmmədovdan aldığı avtomobilin nömrəsini çıxarıb, nəqliyyat vasitəsinə 10-CZ-044 dövlət qeydiyyat nişanını bağlayaraq maşını idarə edirmiş.

Faktla bağlı araşdırma aparılır.