Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinə yekun vurulubbackend

Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.

İctimai.az xəbər verir ki, üç gün davam edən “Formula-1” Qran-prisinin əsas yarışının qalibi “McLaren” komandasının sürücüsü Oskar Piastri olub.

“Ferrari” komandasından Şarl Lekler ikinci yerdə qərarlaşıb. İlk üçlüyü “Mersedes” komandasından Corc Rasıl tamamlayıb.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisinə sentyabrın 13-də start verilmişdi.