Bakıda keçirilən “Formula-1” üzrə Azərbaycan Qran-prisinə yekun vurulub.
İctimai.az xəbər verir ki, üç gün davam edən “Formula-1” Qran-prisinin əsas yarışının qalibi “McLaren” komandasının sürücüsü Oskar Piastri olub.
“Ferrari” komandasından Şarl Lekler ikinci yerdə qərarlaşıb. İlk üçlüyü “Mersedes” komandasından Corc Rasıl tamamlayıb.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisinə sentyabrın 13-də start verilmişdi.














