Bakıda kran doqquzmərtəbəli binanın üzərinə aşdı: Bir nəfər ölüb, yaralılar varbackend

Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması ilə bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Kranın aşması nəticəsində ölən şəxsin kimliyi bilinib.

İctimai.az xəbər verir ki, həmin şəxs kranın sürücüsü 1983-cü il təvəllüdlü Cəfərov Elvin İbrahim oğludur.

Hadisə nəticəsində ətrafda park vəziyyətində olan 6 nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.