Bakıda küləyin sürəti saniyədə 21 metrə çatıbbackend

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti haqqında məlumat açıqlanıb.

Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda hava şəraiti dekabrın 16-da saat 9:00-a olan məlumata əsasən, yağmursuz keçib.

Cənub-qərb küləyinin sürəti arabir Bakıda və Abşeron yarımadasında 21 m/s, Qobustanda 16 m/s-dək güclənib. Bu da sarı xəbərdarlığa uyğundur.

Qeyd edilib ki, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Aran rayonlarında 4, Naxçıvan MR-də 8, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.