Bakıda marketlərin birində müştərinin halı pisləşdibackend

Bu gün, günorta saatlarında, Bakının Nizami rayonu ərazisində, metronun Neftçilər stansiyası yaxınlığındakı marketlərin birində yaşlı müştərilərdən birinin halı qəfil pisləşib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, halı pisləşən vətəndaşın üstündə sənəd olmadığı üçün kimliyini müəyyən edə bilməyiblər. Hadisə yerinə Təcili Tibbi Yardım xidməti çağırılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29 dekabr, saat 15:00-da Nizami rayonu, Q.Qarayev küçəsi ərazisində yerləşən “Belarusiya” marketdən şəxsin vəziyyətinin pisləşməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 77 yaşlı şəxs (kişi cinsli) insult diaqnozu ilə Nizami Tibb Mərkəzinə təxliyə olunub”- deyə məlumatda bildirilib.