Bakıda məhşur bazarda yanğın olub – Fotolarbackend

Sabunçu rayonunda yanğın baş verib.

İctimai.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində, “Bakıxanov bazarı” adlanan ərazidə qeydə alınıb.

“Yanğının 5000 kvadratmetrlik bazarın 400 kvadratmetr hissəsində baş verib”.

Bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib.

Əraziyə 12 ədəd texnika və 32 nəfər canlı heyət cəlb edilib.

Alovlar qısa zamanda söndürülüb. Soyutma işləri davam etdirilir.

Qərargah rəisinin sözlərinə görə, ilkin ehtimallara görə, yanğın mağazaların birində yaranan qısaqapanma nəticəsində baş verib.

Hadisə zamanı istər FHN əməkdaşlarından, istər sıravi vətəndaşlardan xəsarət alan olmayıb.

İctimai.az