Bakıda müğənninin qızının da olduğu deyilən avtomobilin qəzaya uğraması zamanı xəsarət alan olub?backend

“Yeni Günəşli qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı qeyd edilən ünvanda olan əlavə iki avtomobilə maddi ziyan dəyib”.

Bu məlumat Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilib.

“Hadisə ilə bağlı toplanan materiallar araşdırılması üçün Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib”, – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, qəza nəticəsində xəsarət alan olmayıb.