Bakıda ölümlə nəticələnən qəza baş veribbackend

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Bərdə rayon sakini, 1995-ci il təvəllüdlü Elməddin Səməd oğlu Abbasov və Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Elxan Elman oğlu Sadıxovun idarə etdikləri avtomobillər toqquşub.

Hadisə nəticəsində E.Sadıxov müxtəlif bədən xəsarətləri alıb, Elməddin Abbasov və sərnişin – 1978-ci il təvəllüdlü Aynurə Elxan qızı Xankişiyeva aldıqları xəsarətlərdən səhiyyə müəssisəsində ölüblər.

Fakta bağlı cinayət işi başlanılıb.