Bakıda orta aylıq əməkhaqqı doqquz faizdən çox artıbbackend

Bu ilin yanvar-mart aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 357.3 manat təşkil edib.

İctimai.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-mart ayları ilə nisbətən 9.1% artıb.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10% artaraq 1 083.8 manat təşkil edib.