Bakıda pasientinə təcavüz etdiyi iddia olunan həkimdən açıqlamabackend

Bakıda “Diaqnoz” Tibb Mərkəzində şüa diaqnostikası üzrə həkim işləyən Naxçıvan sakini, 1966-cı il təvəllüdlü Çingiz Məmmədovun pasientinə təcavüz etməsi iddia olunur.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ç.Məmmədov ondan şikayətçi olan qadının onu şərlədiyini bildirib:

“O, qadın şər-böhtanla məşğuldur. Elə bir hadisə olmayıb. Həmin qadın heç mənim yanıma müayinəyə də gəlməyib. Xətai Rayon Məhkəməsində və Bakı Apelyasiya Məhkəməsində prosesimiz olub. Qadının iddiası öz təsdiqini tapmayıb. Mən onu məhkəməyə verib, təzminat tələb edəcəm. O, mənim nüfuzuma xələl gətirib. Mən qaziyəm, ehtiyatda olan polkovnik-leytenantam”.

İctimai.az