Xətai rayonunda torpaq sürüşməsi ərazidən keçən magistral su xəttindəki qəza və sızma nəticəsində baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Xətai Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, xətdə baş verən sızma nəticəsində torpaq qatı sürüşüb. Artıq problem aradan qaldırılıb, su xətti bərpa olunub. Hazırda ərazidə təmizlik işləri görülür.














