Bakıda iki qadın müştəriyə əxlaqsızlıq təklifi edən taksi sürücüsü həbs edilib.
Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Lerik rayonunun Blaband kənd sakini, 1967-ci il təvəllüdlü Füzuli Qiyasov (soyad şərtidir) özünə məxsus “Mercedes” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olarkən iki qadın müştəri qismində ona yaxınlaşıb. Xanımlar taksi sürücüsündən onları Buzovna qəsəbəsinə aparmağı xahiş edib, avtomobilə əyləşiblər.
Taksi sürücüsü yolda xanımlardan birinə intim təklif edib və telefon nömrəsini istəyib.
Qəsəbəyə çatdıqdan sonra müştərilər avtomobildən düşərək hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Taksi sürücüsü barəsində inzibati protokol tətbiq edilib və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F.Qiyasov dörd sutka inzibati qaydada həbs edilib.