Bakıda qandonduran cinayətin yeni təfərrüatları məlum oldubackend

Bakıdakı dəhşətli cinayətin daha bir neçə detalı məlum olub.

Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Günəşli qəsəbəsi, D yaşayış sahəsi, 27-ci bina, altıncı blok, səkkizinci mərtəbədə baş verən cinayəti Samir adlı şəxsin törətdiyi ehtimal edilir.

Onun öldürdüyü şəxslər – nənəsi 1932-ci il təvəllüdlü Cavadova Simuzər Mirhüseyn qızı və 1959-cu il təvəllüdlü Cavadova Tamilla Cəfər qızıdır.

Cinayətkar qazı açaraq hadisə yerindən qaçıb. Ehtimal edilir ki, o bununla həmin şəxslərin qaz boğulmasından ölməsinə hesablanmış addım atmaq istəyib. Qatil qaçarkən kameralarda iz azdırmaq üçün libasını dəyişib.

Qonşular qaz iyini təxminən saat 14:00-da hiss edib. Cinayətin isə təxminən saat 12:00 radələrində baş verdiyi ehtimal olunur.

Hazırda şübhəli şəxsin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.

İctimai.az