30 aprel 2025-ci il tarixində Bakıda Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Qazaxıstanın “Patrul. Son əmr” adlı komediya filminin qapalı öncədən nümayişibaş tutub.
Aktyor heyətinin və rejissor Rustem Omarovun daiştirak etdiyi tədbirdə Azərbaycanın dövlət qurumlarının və biznes dairələrinin nümayəndələri, xarici ölkələrin diplomatları, jurnalistlər, kino tənqidçiləri, bloqerlər və influenserlər iştirak ediblər.
Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel öz çıxışında kino sənətinin iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsindəki xüsusi rolunu vurğulayıb və Qazaxıstan-Azərbaycan ortaq kinofilminin çəkilişiilə bağlı planlardan söz açıb.
Filmin rejissoru və əsas qəhrəmanlarından biri olan Rustem Omarov təşkilatçılara və tədbir iştirakçılarına təşəkkürünü bildirib və filmin Azərbaycanda uğur qazanacağına ümidvar olduğunu deyib.
Tanınmış azərbaycanlı kinorejissor və ssenarist Oqtay Mir-Qasımov filmin paradoksallığını vurğulayaraq, komediya janrının təsirli və humanist məqamlarla vəhdət təşkil etməsini xüsusilə qeyd edib.
Qazaxıstanın Bakıdakı Səfirliyinin dəstəyi ilə film 1 may 2025-ci il tarixindən etibarən Azərbaycanın kinoteatrlarında nümayiş olunacaq.