Bakıda qıza görə gənc oğlanı qətlə yetirəni yaxalayanlar mülki şəxslərdir? – DİN-dən AÇIQLAMAbackend

İyunun 26-da paytaxtın Nərimanov rayonunda qətl hadisəsi törədərək hadisə yerindən qaçan şəxsin sosial şəbəkələrdə mülki şəxslər tərəfindən saxlanılması iddia olunan görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, şübhəli şəxsi tərkisilah edən mülki geyimdə olan rütbəli polis əməkdaşıdır.