“Qlobal Cənub QHT Platforması təsis olunub”.
İctimai.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli QHT Forumunun nümayəndəsi Ramil İsgəndərli Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.
Tədbir Bakıda dünya əhalisinin təxminən 80%-ə yaxın hissəsini eləcə də 116 ölkədən nüfuzlu QHT rəhbərlərini və vətəndaş cəmiyyəti təmsilçilərini özündə birləşdirir.
Konfrans Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini – dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur.