İki gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən sexdəki partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 13 nəfərin müalicəsi davam etdirilir.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan doqquz nəfərdən üçünün vəziyyəti ağır stabil, altı nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə dörd nəfərin müalicəsi davam etdirilir. Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.