Bakıda sığınacaqda virus yayılıb: 14 uşaq xəstələnibbackend

Bakıda sığınacaqdakı uşaqlar arasında virus yayılıb.

İctimai.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat paylaşıb. O qeyd edib ki, sığınacaqdakı uşaqlardan 14 nəfərin 38-40 dərəcə qızdırması var:

“Qrip virusu olsa da, uşaqlar çox ağır keçirirlər. Dünən uşaqlardan üçünün vəziyyəti ağır idi və xəstəxanaya yerləşdirdik. Onlardan da birinin hərarəti 40 dərəcədən düşmədiyi üçün reanimasiyaya yerləşdirilib. Xəstəxana şəraitində sistemlər qoşulub. Uşaqlardan test götürülüb, koronavirusa yoluxma təsdiq olunmayıb. Nəticələr neqativ çıxıb. Uşaqlar arasında yayılan respirator xəstəlikdir, ümid edirik, uşaqlarımız tez zamanda sağalarlar”.