Bakıda tanınmış müğənni faciəli şəkildə öldübackend

Bakıda avtomobil 37 yaşlı qadını vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, hadisə Səbail rayonunda baş verib.

Belə ki, 2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə Dövlət Bayrağı meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Vlada Axundova tanınmış müğənni imiş. V.Axundova “Səs Azərbaycan” yarışının iştirakçısı olub.

Faktla bağlı cinayət işi başlanılıb.