Bakıda taxta bazarında baş verən yanğın söndürüldübackend

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın söndürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə baş verən yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, 1 000 kvadratmetr sahəsi olan obyektin təqribən 500 kvadratmetr hissəsi yanıb. Obyektin qalan hissəsi, digər obyektlər, kommunikasiya xətləri, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri yanğından mühafizə olunub.