Bakıda tikintidə ölüm hadisəsi baş veribbackend

Bakıda tikintidə ölüm hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 12-də saat 12 radələrində paytaxtın Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

Həmin ünvanda aparılan tikintidə usta işləyən, 1986-cı il təvəllüdlü Əsgər Bəhruz oğlu Əsgərxanov binadan yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.