Bakıda Turan E-Ticarət və İxracat Forumu keçiriləcəkbackend

Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçiriləcək.

Forum, ölkənin iqtisadi strategiyasını gücləndirmək, elektron ticarət və ixracat sahəsində yeni perspektivlər açmaq məqsədilə təşkil olunur. Tədbirin təşkilatçıları Azərbaycan Françayzinq Assosiasiyası, Founder Club və Made in Turan layihəsidir.

Forumun əsas məqsədi milli brend konsepsiyasını “Made in Turan” adı altında gücləndirmək və Türk dünyasının iqtisadi birliyini möhkəmləndirməkdir.
Tədbirin əsas mövzuları:
• İxrac strategiyaları və beynəlxalq bazarlara çıxış;
• Elektron ticarətin inkişafı və rəqəmsal həllər;
• “Made in Turan” konsepsiyası altında milli məhsul və xidmətlərin tanıdılması;
• Sahibkarlar və investorlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi. Forumun Proqramı Forum çərçivəsində müxtəlif panellər və sessiyalar keçiriləcək:
• İxrac Strategiyaları: Mütəxəssislərin çıxışları və təcrübə mübadiləsi;
• E-Ticarət Həlləri: Yerli və beynəlxalq platformaların nümayəndələri ilə görüşlər;
• Təlimlər: Startaplar üçün xüsusi master-klasslar və işgüzar mühitin inkişafı yolları;
• Brend Müzakirələri: “Made in Turan” brendinin gələcək perspektivləri.
Azərbaycan Françayzinq Assosiasiyası (AFA) ölkədə sahibkarlığın inkişafını dəstəkləyən əsas qurumlardan biridir. 2022-ci ildən fəaliyyət göstərən AFA, françayzinq modelini genişləndirərək, yerli bizneslərin beynəlxalq bazarlara çıxmasını asanlaşdırır.
AFA-nın əsas fəaliyyət istiqamətləri: 
• Yerli şirkətlərin françayzinq modelləri vasitəsilə böyüməsinə dəstək vermək;
• Xarici şirkətlərlə əməkdaşlığı təşviq etmək;
• Sahibkarlara hüquqi və biznes konsaltinq xidmətləri təqdim etmək;
• Təlim proqramları və forumlar vasitəsilə biznes təcrübəsini genişləndirmək.
AFA, “Made in Turan” brendinin əsas tərəfdaşı olaraq, bu təşəbbüsün qlobal arenada tanınması üçün çalışır.
Founder Club, Azərbaycan sahibkarlarını və startaplarını bir araya gətirən strateji bir platformadır. Klubun əsas missiyası biznes ideyalarını dəstəkləmək, innovativ təşəbbüsləri reallaşdırmaq və sahibkarlar arasında şəbəkələşmə imkanlarını artırmaqdır.
Founder Club-un fəaliyyəti: 
• Gənc sahibkarlar üçün biznes təlimləri təşkil etmək;
• İnvestorlarla startaplar arasında əlaqələr qurmaq;
• Beynəlxalq tədbirlərdə iştirak və əməkdaşlıq imkanları yaratmaq;
• İxracata yönəlmiş biznes modellərinin yaradılmasına dəstək göstərmək.
     Klub, “Turan E-Ticarət və İxracat Forumu” çərçivəsində sahibkarlar üçün yeni imkanlar təqdim edəcək.
    “Made in Turan” layihəsi, Türk dünyasının iqtisadi, mədəni və texnoloji potensialını tanıtmaq məqsədi ilə yaradılmışdır. Layihə çərçivəsində Azərbaycanın və digər Türk dövlətlərinin məhsulları qlobal bazarlarda vahid bir brend altında təqdim olunur.
Layihənin məqsədləri:
• Yerli istehsal məhsullarını beynəlxalq standartlara uyğunlaşdırmaq;
• Milli brendlərin tanınmasını artırmaq;
• Türk dünyasının iqtisadi birliyini inkişaf etdirmək;
• Sahibkarlara beynəlxalq ixrac strategiyalarını tətbiq etməkdə dəstək olmaq. “Made in Turan” brendi, dünya bazarında rəqabətə davamlı məhsullarla çıxış etməyi hədəfləyir və bu forum vasitəsilə tanıtımını daha da gücləndirəcək.
Forum 26 noyabr 2024-cü il tarixində “Baku Marriot Hotel Boulevard” keçiriləcəkdir. Tədbirdə iştirak etmək üçün www.iticket.az saytında qeydiyyatdan keçə bilərsiniz.
Bu möhtəşəm tədbirdə iştirak edin və milli sahibkarlığın güclənməsinə töhfə verin!