Bakıda Turan E-Ticarət və İxracat Forumu keçirilirbackend

Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq bazarlarda milli brendlərin tanıdılmasına həsr olunmuş Turan E-Ticarət və İxracat Forumu keçirilir.

İctimai.az xəbər verir ki, “Baku Marriot Hotel Boulevard”da keçirilən forumun açılışında Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin Sədri, “Made in Turan” brendinin qurucusu Camid Mövsümöv çıxış edərək tədbir iştirakçılarını salamlayıb və forumun gedişatı haqqında məlumat verib.

Forum çərçivəsində yerli və xarici çıxışçıların təqdimatında müxtəlif panellər və sessiyalar keçiriləcək.

Forum, ölkənin iqtisadi strategiyasını gücləndirmək, elektron ticarət və ixracat sahəsində yeni perspektivlər açmaq məqsədilə təşkil olunur. Tədbirin təşkilatçıları Azərbaycan Françayzinq Assosiasiyası, Founder Club və Made in Turan layihəsidir.

Forumun əsas məqsədi milli brend konsepsiyasını “Made in Turan” adı altında gücləndirmək və Türk dünyasının iqtisadi birliyini möhkəmləndirməkdir.