Bakıda xanım müğənni faciəli şəkildə öldü – Fotobackend

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Unikal.org xəbər verir ki, Azadlıq prospektində “Opel” markalı avtomobil yolu piyadalar üçün müəyyən edilməmiş hissədən keçən 32 yaşlı Müşərrəf Zeynalovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, M.Zeynalova “Banu” adı ilə müğənnilik edirmiş.

İctimai.az