Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildibackend

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 54 kvadratmetr olan mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb və yüksək temperaturdan dəhlizin tavanı 5 kvadratmetr sahədə qarsalanıb.

Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə yerindən görüntüləri təqdim edirik: