Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyyə edildibackend

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının III mərtəbəsində ümumi sahəsi 88 kvadrat metr olan mənzildə çarpayı və yataq dəsti yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı dörd nəfər xilas edilib və doqquz nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Mənzil yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

İctimai.az