Bakıda yaşayış binasındakı yanğın söndürüldübackend

Xətai rayonu, Əliağa Şıxlinski küçəsində baş vermiş yanğın söndürülüb.

İctimai.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yayılaraq mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”, – FHN diqqətə çatdırıb.