Bakıda yaşayış evində meyiti aşkarlananlardan biri Azərbaycan Texniki Universitetin tələbəsidir – FOTObackend

Bu gün Bakıda yaşayış evində meyiti aşkarlanan beş nəfərdən biri Azərbaycan Texniki Universitetin (AzTU) tələbəsi olub.

Bu barədə Azərbaycan Texniki Universitetin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Əliyev Lətif Rəşad oğlu Universitetin İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi olub.

Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Qeyd edək ki, Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, bu gün Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində beş nəfərin meyiti tapılıb.