Bakıda yolların bağlanacağı tarix açıqlanıb

GP GRAN BRETAGNA F1/2021 - SABATO 17/07/2021 credit: @Scuderia Ferrari Press Office

“Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıda yolların bağlanacağı tarix açıqlanıb.

Oxu.Az-ın xəbərinə görə, iyunun 6-da gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Hərəkət məhdudiyyəti tətbiq olunan üç zona olacaq. Bunlar İçərişəhər ərazisi, Azadlıq meydanı və onun yaxınlığında yerləşən küçələr, həmçinin BMT-nin 50 illiyi küçəsinin keçdiyi ərazidir.

Hərəkət iyunun 14-də səhər saatlarından etibarən bərpa olunacaq.

Oxşar xəbərlər