Bakıda yük avtomobili qadını vuraraq öldürübbackend

Bakıda yük avtomobili qadını vuraraq öldürüb.

Oxu.az verir ki, hadisə Yasamal rayonu, Moskva prospektində qeydə alınıb.

Sadiq Məmmədxanov idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobili ilə Yelena İvanovnanı vurub. Qadın aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.