Bakıda yük qatarı ilə avtomobil toqquşub – FOTO/VİDEObackend

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Kənd Əhmədli ərazisində baş verən hadisə zamanı yol hərəkətinin təhlükəsizliyi qaydalarının pozulduğu aşkar edilib.

Bu barədə  DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı aidiyyəti üzrə əraziyə polis əməkdaşları cəlb edilib:

“1949-cu il təvəllüdlü Y.Fərəcov saat 08:10 radələrində dəmir yolu xəttinin keçdiyi ərazidən “Hyundai” markalı 90-UA-288 dövlət nömrə nişanlı avtomobili ilə keçərkən yük qatarı ilə toqquşub. Toqquşma güclü olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Yekun nəticə əsasında hadisəyə hüquqi qiymət veriləcək. Xatırladaq ki, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Ölən yoxdur”.