Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər Muzeyinin açılışında iştirak ediblər.
İctimai.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla anıb.
Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzüb.
Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər Muzeyinin açılışında iştirak edbilər.













