Bakıda Zəfər yürüşü başladı-Fotolarbackend

Azərbaycan Ordusunun Qarabağda 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı böyük qələbənin birinci ildönümü – 8 Noyabr Zəfər Günü münasibətilə Bakıda təntənəli yürüş başlayıb.

Oxu.Az xəbər verir ki, yürüş Azneft dairəsindən başlayıb.

İnsanlar əllərində Azərbaycan və Türkiyə bayraqları ilə yol kənarında yürüşü izləyirlər.

Yürüş Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Hərbçilər yürüş boyu çiyinlərində 440 metr uzunluğunda üçrəngli bayrağımızı aparırlar.