Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaqbackend

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq.

Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan verilib.

Qeyd olunub ki, uçuşları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Etihad Airways” şirkəti həyata keçirəcək.

“Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, hazırda BƏƏ-nin “Air Arabia Abu Dhabi” şirkəti gündəlik olaraq Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir.