Bakının bir sıra küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkbackend

2024-cü ilin oktyabrın 19-u gün ərzində və 19-dan 20-sinə keçən gecə COP29 tədbirinə hazırlıq məqsədilə paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçiriləcəkdir.

İctimai.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Avtomobil Yolları Nəqliyyatı Agentliyi (AYNA) birgə məlumat yayıb.

Bildirilib ki, bu məqsədlə bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcəkdir.

Hərəkət iştirakçılarından xahiş edirik ki, monitorinq müddətində yollarda tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək.

Daha ətraflı məlumat yaxın zamanda veriləcək.