Bakının əsas küçələrindən biri bağlandıbackend

Bu gün səhər saatlarından etibarən Bakının 8 Noyabr prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Xəqani Rüstəmov küçəsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Oxu.Az xəbər verir ki, buna səbəb yolda aparılan təmir işləridir. Yolun mayın 29-u, saat 22:00-a qədər bağlı olacağı bildirilir.