Bakının mərkəzində binada yanğın: Ölən var – VİDEObackend

Bakıda səhər saatlarında yanğın hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Nizami küçəsində yerləşən üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 32 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və ev əşyaları 10 kvadratmetr sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1970-ci il təvəllüdlü Jukov Leonid Yuriyeviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının görüntülərini təqdim edirik: