Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, bu gündən metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan edilib.
İctimai.az-ın xəbərinə görə, artıq ərazidə müvafiq nişanlar quraşdırılıb. Ancaq ictimai nəqliyyatın girişinə icazə var.
Əvvəl parklanma yeri kimi istifadə olunan ərazi isə boşaldılıb.