Bakının mərkəzində istilik problemi: sakinlər 1 həftədir istiliksiz qalıbbackend

Qış mövsümü başladıqdan sonra hələ də tam həllini tapmayan məsələlərdən biri də istilik problemidir.

Nərimanov rayonu, Faiq Yusifov küçəsi 69 ünvanında yaşayan bina sakinləri İctimai.az-a müraciət ünvanlayıb.

Qeyd olunan ünvanda yaşayan sakinlər yağıntılı və soyuq qış aylarında 1 həftədən çoxdur ki, istilik verilməməsini bildiriblər.

Sakinlər məsələ ilə bağlı qurumlara müraciət etsələr də, həll yolunu tapa bilmədiklərini qeyd edirlər.

Bayram günləri ilə əlaqədar sorğumuza hələ ki, cavab ala bilməsək də məsələ diqqətimizdədir.