Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin ətrafındakı küçə ticarətinin yığışdırılmasına başlanılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntülər paylaşılıb.
Fakt Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənib.
Qeyd olunub ki, bazarın yaxın ətrafındakı mövcud küçə ticarətinin yığışdırılmasına ötən gündən start verilib.
“Ərazidə səliqə-sahmanın bərpa olunması üçün həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılır”, – deyə məlumatda bildirilir.