Bakının Xətai rayonunda suyun verilişinin bərpa ediləcəyi vaxt açıqlandıbackend

Bakı şəhəri, Xətai rayonunda gün ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, su xəttində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar görülən işlər çərçivəsində suyun verilməsində fasilə yaranıb, işlər yekunlaşandan sonra bu gün ərzində suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.