Bakıya qayıdarkən təyyarədə öldübackend

Yanvarın 4-də Ankara-Bakı reysi üzrə Azərbaycana gələn sərnişin təyyarəsində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 14 radələrində Türkiyədən Bakıya gələn təyyarədə olan sərnişin, Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü Qəzənfər Məmmədov dünyasını dəyişib.

Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi və bu xəstəlik səbəbindən vəfat etməsi məlum olub.

Mərhumun nəşi aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.