“Bakmil” stansiyasının fəaliyyəti bərpa edildibackend

Hazırda “Bakmil” stansiyası fəaliyyətini bərpa edib.

İctimai.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, qatarlararası intervallar qrafikə uyğundur, metro 34 cüt qatarla fəaliyyət göstərir.

“Fasilədən sonra qrafikin tam düzəlməsi üçün bəzi stansiyalarda qısa gözləmələr ola bilər”, – məlumatda deyilir.