Balenciaga 5000 dollara kostyumlar satışa çıxarırbackend

Fransız brendi Balenciaga qeyri-adi cins kostyumların satışına başlayıb.

Məlumat brendin rəsmi saytında dərc olunub.

Brend arxası cırılmış pencək və “sızan” qara denimdən hazırlanmış enli şalvardan ibarət kostyum buraxdı.

Saytdakı təsvirdə deyilir: “Ağır köhnəlmiş və çirkli təsir.” Bu kostyumun qiyməti 5000 dollardır. 2023-cü ilin əvvəlində Balenciaga brendi ictimaiyyətin pedofiliyanın təbliğatını gördüyü bir reklam kampaniyasına görə ictimai qınağa məruz qaldı.

Brend və onun kreativ direktoru Demna Qvasaliya artıq üzr istəyib.

Mənbə: Gazeta.ru

İctimai.az