Balidəki turistlərə davranış qaydaları olan broşürlər veriləcək

Tətilə gələn əcnəbilərə İndoneziyanın Bali adasında nə edə biləcəyiniz və edə bilməyəcəyiniz barədə məlumatların yer aldığı kart verilməyə başlayacaq.

Bu barədə “Detik” portalı Bali ştatının qanunvericilik və insan hüquqları departamentinin rəhbəri Angiata Napitupuluya istinadən məlumat yayıb.

Qadağalar haqqında məlumatı adaya gəldikdən sonra xarici turistlərə verilən kartda tapmaq olar. Kart immiqrasiya rəsmiləri tərəfindən veriləcək.

Qaydalar toplusu hazırda işlənmə mərhələsindədir. Turistlər üçün kartda olacaq normaların nümunələri hələ verilmir.

Oxşar xəbərlər