Məşhur Kəlbəcər balı “Balland” brendi qızıl mükafata layiq görülüb.
Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında “Ən yüksək qablaşdırılma göstəricilərinə görə” 1-ci yerə (Qızıl medal) Kəlbəcər balının satışını həyata keçirən “Balland” brendi layiq görülüb.
Mükafat “Balland” brendinin sahibi Ruslan Mustafayevə təqdim olunub.
Qeyd edək ki, ötən ilin avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcər şəhərinin mərkəzində fəaliyyətə başlayan “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib. Mağaza sadəcə satış yeri deyil, həm də Kəlbəcər balının brend kimi tanıdılması və beynəlxalq bazarlara çıxarılması üçün platforma rolunu oynayır.
Bununla yanaşı Balland brendinin Bakı mağazası Azadlıq prospekti 104 ünvanında da fəaliyyət göstərir.
Kəlbəcərin zəngin yaylaq, dağ-çəmən və meşə florasından əldə olunan təbii və keyfiyyətli bal məhsulları “Balland” mağazasında müştərilərə təqdim olunur.












