Amerikanın Baltimor şəhərinin limanında yük gəmisində partlayış baş verib.
Bu barədə CBS telekanalı məlumat yayıb.
Yanğınsöndürmə xidmətinin məlumatına görə, gəmi Francis Scott Key körpüsü yaxınlığındakı Patapsko çayında yanıb. Partlayışın səbəbi göyərtənin altındakı yanğın olub.
Hazırda yanğın lokallaşdırılıb, gəmi hadisə yerindən təxliyə edilir.