Barak Obama və xanımı boşanma şayiələrinə birgə münasibət bildiriblərbackend

ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel boşanma şayiələrinə zarafatla münasibət bildiriblər. Onlar bu barədə aparıcı Kreyq Robinsonun podkastında efirdə danışıblar.

O, cütlüyü bir yerdə görməkdən məmnun olduğunu vurğulayıb.

Cavabında Mişel vurğulayıb ki, insanlar ictimaiyyət qarşısında ayrı görünəndə Barakla onun boşandığını düşünürlər.

Keçmiş ABŞ prezidenti zarafat etdi ki, həyat yoldaşı onu “geri götürdü, amma bir müddət hər şey kənarda idi”.

Mişel əlavə edib ki, o, heç vaxt boşanmaq barədə düşünmür.